Qəbələdə 5 nəfər köməksiz vəziyyətdə qalıb.
Lent.az FHN-in rəsmi saytına istinadla bildirir ki, rayonun Laza kəndində dağlıq və meşəlik ərazidə 5 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Vətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.
Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz əraziyə endirilib.