Camal Qaşıqçının ölümü ilə bağlı 8 nəfərə hökm oxundu
07 sentyabr 2020 18:28 (UTC +04:00)

Camal Qaşıqçının ölümü ilə bağlı 8 nəfərə hökm oxundu

Səudiyyə Ərəbistanı məhkəməsi “The Washington Post” qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsi ilə bağlı məhkəmə işində səkkiz nəfər barəsində hökm oxuyub. 

APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, təqsirləndirilənlərdən beş nəfərin hər biri 20 il azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.

Bir nəfərə 10 il, iki nəfərə isə 7 il həbs cəzası verilib. 

Xatırladaq ki, Səudiyyə Ərəbistan əsilli, amerikalı jurnalist C. Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2659

Oxşar yazılar