2155
14:02
07 Sentyabr 2020

Mənzillərin qeydiyyatı üçün sənəd qəbulunun keçiriləcəyi ÜNVANLAR

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlanıb.

Bu barədə Lent.az -a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 9-da Bakı şəhəri, Xətai rayonu, Neapol küç, 26 ünvanında, sentyabrın 11-də isə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 5c ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq on dörd ünvanda səyyar sənəd qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.