Bu nazirlikdə vətəndaşların qəbulu sentyabrın 30-dək dayandırıldı
07 sentyabr 2020 11:58 (UTC +04:00)

Bu nazirlikdə vətəndaşların qəbulu sentyabrın 30-dək dayandırıldı

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il sentyabrın 30-dək fəaliyyətini dayandırıb.

Lent.az-a nazirlikdən verilən məlumata görə təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən də yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692

Oxşar yazılar