09:48
07 Sentyabr 2020

Azərbaycanda FACİƏ: 31 yaşında özünü asan kişinin SON MƏKTUBU: "Elə bilməyin asandır..." - YENİLƏNİB

Sabirabadda intihar edən 31 yaşlı Rauf Əsədov ölümündən əvvəl "Facebook"da paylaşım edib.

Lent.az -ın məlumatına görə, o, etdiyi paylaşımda ailəsi və dostları ilə vidalaşma tipli cümlələr yazıb. R.Əsədovun sözügedən sonuncu paylaşımını təqdim edirik:

"Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan! Elə bilməyin asandır bir anda hər şeydən imtina edib getmək ?! Yox çox çətindir! Çox! Heç kim sənin nələr yaşadığını bilməz. Heç kim sənin nə dərdin olduğunu bilməz. Heç kim sənin içində nələr çəkdiyini bilməz! Heç kim sənin nələr ilə mübarizə apardığını bilməz. Hətta heç kim sənin necə bir insan olduğunu belə bilməz. Amma hər kəs səni tanımadan sənin haqqında artıq-əksik danışmağı çox yaxşı bilər... Həyatda bağışla deyəcəyim iki insan var, Həyat yoldaşım və oğlum! Bağışlayın məni Sizə layiq ola bilmədim! Həyat yoldaşım hər zaman başımı uca etdi, bu hamı üçün pis səslənə bilər amma mən sənin kimi namuslu, sevgi dolu qadın görmədim! Sənin ayaq tozuna layiq olmayanlara dəyişdim səni bağışla məni! Üzülmə, dik dur, Romana görə dik dur! Bütün dostlarıma, birazdan əlvida deyəcəyim həyatda məni tanıyan hər kəsə məni əsla qınamayın və pis olmayın deyirəm! Sən mənim həyatımsan oğlum! Olduğun yer nəfəsdir, mənə Sən qolum-qanadımsan oğlum! Varlığın belə yaşamağa bəsdir mənə... Bu sözləri hər gün dəyəcək qədər həyat dolu biri idim mən! Heyf, heç bir sey göründüyü kimi deyil... Əlvida!".

Saat: 09:30

Sabirabadda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Sabirabad sakini, 1989-cu il təvəllüdlü Rauf Əsədov mənzilində özünü asaraq intihar edib.

Hadisə yerinə prokurorluq əməkdaşları baxış keçirib, müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R. Əsədov Sabirabad Gənclər İdman İdarəsinin əməkdaşı olub. O, hadisədən 1 həftə əvvəl işdən çıxıb.

Dİgər xəbərlər