Koronavirusa yoluxan keçmiş baş nazirin ağciyərlərində ikitərəfli pnevmoniya aşkarlanıb
04 sentyabr 2020 13:43 (UTC +04:00)

Koronavirusa yoluxan keçmiş baş nazirin ağciyərlərində ikitərəfli pnevmoniya aşkarlanıb

Koronavirusa yoluxan İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ağciyərlərində ikitərəfli pnevmoniya halı aşkarlanıb.

APA-nın ANSA agentliyinə istinadən verdiyi xəbərə görə, ikitərəfli pnevmoniya hələ ilkin mərhələdədir. 83 yaşlı Berluskoni Milanın "San Raffaele" xəstəxanasına aparılıb.

"Sky Italia" televiziyası Bersluskoninin intensiv müalicə şöbəsinə yerləşdirilmədiyini, lakin onun nəfəs almasında çətinlik çəkdiyini bildirib.

"Forza İtalia" Partiyası da keçmiş baş nazirin müayinələr üçün xəstəxanaya aparıldığını, lakin onun vəziyyətinin ağır olmadığını bildirib.

İtaliya qəzetləri Berluskoninin Sardiniyadakı villasında istirahətdə olarkən uşaqları - Barbara və Luigidən yoluxduğunu yazır. Onların hər ikisinin koronavirus testi müsbət çıxıb.

Berluskoninin sevgilisi Marta Fascinanın da infeksiyaya yoluxduğu bildirilib.

Qeyd edək ki, Silvio Berluskoni dörd il əvvəl ağır ürək əməliyyatı keçirib və fevral ayında İtaliyada yayılmağa başlayan koronavirus pandemiyasından sonra bütün ictimai çıxışlarını və görüşlərini dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1960

Oxşar yazılar