Mopedi maşına çırpan sürücü öldü
04 sentyabr 2020 10:35 (UTC +04:00)

Mopedi maşına çırpan sürücü öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Bakı şəhər sakini, 41 yaşlı Zahir Mirzəyev mopedlə hərəkətdə olarkən idarəetməni itirərək qarşısında hərəkətdə olan Yelmar Əsədovun idarə etdiyi yük maşınına çırpılıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Z.Mirzəyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 1513
avatar

Mehman Nəbiyev

Oxşar yazılar