Mənzilin qabağından 4 min manatlıq ehtiyat hissələri oğurlandı
04 sentyabr 2020 10:11 (UTC +04:00)

Mənzilin qabağından 4 min manatlıq ehtiyat hissələri oğurlandı

Bakıda avtomobil ehtiyat hissələri oğurlanıb.

Lent.az-ın məlumatına görə, Binəqədi rayonu, Binəqədi qəsəbəsində mənzillərdən birinin qarşısında olan 4 min manat dəyərində avtomobil ehtiyat hissələri naməlum şəxs tərəfindən oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübəhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə məhkum olunmuş, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1142

Oxşar yazılar