Şəmkirdə fermada yanğın olub
02 sentyabr 2020 08:47 (UTC +04:00)

Şəmkirdə fermada yanğın olub

 

Şəmkir rayonunun Könüllü kəndində fermada yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 550 kv/m olan fermanın yanar konstruksiyaları 150 kv/m sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqdakı köməkçi tikilinin taxtadan ibarət divarı 10 kv/m sahədə qarsalanıb. Fermanın qalan hissəsi və tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1936

Oxşar yazılar