İrandan külli miqdarda narkotik gətirmək istədilər - FOTO
01 sentyabr 2020 11:53 (UTC +04:00)

İrandan külli miqdarda narkotik gətirmək istədilər - FOTO

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək cəhdinin qarşısı alınıb.

DSX mətbuat mərkəzindən Lent.az-a daxil olan xəbərə görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəs­təsinin Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zasta­vasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Azərbaycan vətəndaşları, Sumqayıt şəhər sakinləri 35 yaşlı Babayev Cabir Calal oğlu və 28 yaşlı Şirəlizadə Aqif Ağaseyid oğlu saxlanıl­ıb­lar.

Onların üzərindən 12 kiloqram heroinə və 9 kiloqram 700 qram tiryəkə oxşar narkotik maddələr aşkar edilərək götürülüb. Sərhəd pozucu­ları­nın narkotik vasitələri Samir və Kazım adlı İran vətəndaşlarından əldə etdik­ləri məlum olub.

Bununla yanaşı, keçirilən  tədbirlər nəticəsində sərhəd pozucularını qarşılamaq üçün “Daewoo” markalı avtomobillə əraziyə gəlmiş Sumqayıt şə­hər sakinləri 26 yaşlı Ağaseyidli Raqif Vəkalət oğlu və 23 yaşlı Musayev Tamerlan Telman oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar. Nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin salonunda 0,032 qram metafetaminə oxşar psixotrop maddə aşkar edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779

Oxşar yazılar