Xətai rayonu, Nobel prospekti 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin apardığı araşdırma başa çatıb.
Xidmətin rəisi Hikmət Əlizadə Lent.az-a bildirib ki, sözügedən ünvanda “Real-Park” Məhdud Məsuliyyətli Cəmiyyətiin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac, kol bitkisinin məhv edildiyi və təbiətə 14880 manat məbləğində ziyan dəydiyi müəyyən olunub:
“Faktla bağlı MMC barəsində akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.