3669
17:58
31 Avqust 2020

Lisey və gimnaziya imtahanlarının nəticələri AÇIQLANDI

Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri elan edilib.

Təhsil İnstitutundan Lent.az -a verilən məlumata görə, avqustun 17-27-də Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyə, Kimya biologiya təmayüllü Respublika liseyinə, S. Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya, S. Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyaya, A. S. Makarenko adına humanitar fənlər təmayüllü Respublika Gimnaziyasına və S.C. Pişəvari adına humanitar fənlər gimnaziyasına, eləcə də bölgələrdə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylərə qəbul imtahanı keçirilib.

Qəbul olan şagirdlər sentyabrın 10-dək müvafiq lisey və gimnaziyalarla əlaqə saxlayaraq qeydiyyatlarını təsdiqləməlidirlər. Nəticələr haqqında hər hansı sualı olan iştirakçılar sentyabrın 3-dək müvafiq ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər.

Dİgər xəbərlər