"Neftçi"nin Avroliqadakı rəqibi "Qalatasaray" oldu
31 avqust 2020 15:13 (UTC +04:00)

"Neftçi"nin Avroliqadakı rəqibi "Qalatasaray" oldu

0

Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu “Neftçi”nin növbəti rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubunun II təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.

I təsnifat mərhələsində “Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin növbəti rəqibi “Qalatasaray” (Türkiyə) olacaq. Bu raundun qarşılaşmaları sentyabrın 17-də baş tutacaq. Türkiyə klubu ilə görüş Bakıda baş tutacaq.

Qeyd edək ki, sentyabrın 1-də III təsnifat mərhələsinin püşkü atılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3462

Oxşar yazılar