714
09:45
31 Avqust 2020

Müəllim olmaq istəyən 1691 namizəd imtahan verir

Avqustun 31-də ingilis dili müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir. İmtahanlarda 1691 namizədin iştirakı nəzərdə tutulur.

Təhsil Nazirliyindən Lent.az -a daxil olan məlumata əsasən, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Nazirlik müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Dİgər xəbərlər