06:14
30 Avqust 2020

Bağdadda "yaşıl bölgə"yə 4 raket atıldı

İraqın paytaxtı Bağdadda hökumət qurumlarının və xarici diplomatik nümayəndəliklərin, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi “yaşıl bölgə” yaxınlığına 4 raket atılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Hadisə zamanı heç kimin xəsarət almadığı bildirilib.

Dİgər xəbərlər