Bu yaşda olanlar virusa daha çox yoluxur
28 avqust 2020 09:16 (UTC +04:00)

Bu yaşda olanlar virusa daha çox yoluxur

Hazırda Avropa ölkələrində yeni növ koronavirusa (COVID-19) yoluxma halları gənclər arasında artıb.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe deyib.

"Qış fəslinin gəlişi ilə bu gənclər yaşlı əhali ilə daha yaxın təmasda olacaq və beləliklə xəstəxanaya müraciətlərin və ölümlərin sayı artacaq", - deyə ÜST rəsmisi bildirib.

 

Hans Kluqe gənclərə çağırış edib: "Heç kəs yenilməz deyil və bu pandemiya tornado kimidir".

Regional direktorun fikrincə, indiyə qədər olan təcrübə göstərir ki, kütləvi testlərin aparılması və koronavirusla bağlı izləmə sistemi pandemiya ilə mübarizədə effektiv təsir göstərir: "Biz indi ölkələrin virusun yayılma sürətini və şiddətini təəccüblə qarşıladığı fevral ayındakı kimi deyilik. Bunun əvəzinə indi bizim üçün əsas olan sayıqlıqdır və vəziyyəti nəzarətdə saxlamaq üçün kifayət qədər məlumatlıyıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4072
avatar

Oxşar yazılar