Qəza zamanı avtomobildə sıxılıb qalan şəxs xilas edildi
28 avqust 2020 09:54 (UTC +04:00)

Qəza zamanı avtomobildə sıxılıb qalan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zərdab rayonunun Otmanoba kəndində "QAZel" markalı yük avtomobili və “T-80” markalı traktorun toqquşması barədə məlumat daxil olub. 

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1505

Oxşar yazılar