16:10
25 Avqust 2020

Klublarımız onunla mərhələ adlayır: Bakıya 3-cü səfəri...

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şerif” oyununa təyinat alan Mikola Balakin 3-cü dəfə ölkəmizdə qonaq olacaq.

Apasport.az saytının məlumatına görə, ukraynalı referi karyerası ərzində Azərbaycan klublarının 2 avrokubok matçında iş başında olub.

Balakin ilk olaraq Avropa Liqasının 2016/17 mövsümünün I təsnifat mərhələsində “Neftçi” – “Baltsan” (Malta) qarşılaşmasının 4-cü hakimi olub. Bakılılar 7 iyul 2016-cı ildəki həmin görüşdə 1:2 hesablı məğlubiyyətə baxmayaraq, bir həftə əvvəl səfər qələbəsi (2:0) sayəsində mərhələ adlayıb.

31 yaşlı hakim növbəti mövsüm yenə Avropa Liqasının I təsnifat mərhələsi üçün Bakıya səfər edib. Bu dəfə o, “İnter” – “Mladost” (Serbiya) görüşünün baş hakimi olub. Səfərdə rəqib qapısından 3 cavabsız top keçirən “İnter” 6 iyul 2017-ci ildə “Dalğa Arena”da keçirilən oyunda da 2:0 hesabı ilə qalib gələrək, mübarizəni davam etdirib.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da başlayacaq.

Dİgər xəbərlər