16:12
22 Avqust 2020

Zərbənin gücündən piyada hadisə yerində öldü - Bakıda


Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, avqustun 21-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində əcnəbi vətəndaş Y. Özbey “DAF” markalı avtomobillə yolu keçən 60-65 yaşlı kişini vurub. Zərbənin gücündən piyada hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Dİgər xəbərlər