Müsavat Partiyasından oğurluq edildi: biri tutuldu, digəri isə...
22 avqust 2020 12:10 (UTC +04:00)

Müsavat Partiyasından oğurluq edildi: biri tutuldu, digəri isə...


Binəqədi Rayon 5-ci Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müsavat Partiyasının inzibati binasından 2 ədəd kondisioneri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Babayev saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2009

Oxşar yazılar