23:42
21 Avqust 2020

“Keşlə” avrokubok matçı öncəsi itki ilə üzləşdi

Avqustun 27-də Avropa Liqasının I təsnifat mərhələsində “Laçi”ni (Albaniya) qəbul edəcək “Keşlə” itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Şahrux Qadoyev Azərbaycan Premyer Liqasının I turunda “Sumqayıt”la oyunda zədələnib.

Sumqayıtdakı qarşılaşmanın ikinci hissəsində rəqibin kobudluğuna məruz qalan özbəkistanlı futbolçu xəsarət alsa da, qısa müddət mübarizəni davam etdirib. 71-ci dəqiqədə Artur Batista ilə əvəzlənən Qadoyevin məhz zədə səbəbindən meydanı tərk etdiyi müəyyənləşib.

29 yaşlı oyunçunun durumu hələlik qeyri-müəyyən olsa da, zədənin ciddi olmadığı ehtimal edilir.

Qeyd edək ki, “Keşlə” səfərdə “Sumqayıt”ı Azər Salahlının 90+4-cü dəqiqədə vurduğu qol sayəsində 1:0 hesabı ilə məğlub edib.

Dİgər xəbərlər