22:43
21 Avqust 2020

Mikroavtobus “KamAZ”a çırpıldı: 2 piyada...

Ağstafada piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes VİTO” markalı mikroavtobus iki piyadanı vurub. Qəzada sonra mikroavtobus yol kənarında dayanan qoşqulu “KamAZ”a çırpılıb.

Qəza zamanı 2 piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər