Sağlam olmaq üçün bu salatı yeyin
24 avqust 2020 19:55 (UTC +04:00)

Sağlam olmaq üçün bu salatı yeyin

Sağlam orqanizimə sahib olmaq üçün düzgün qidalanmaq vacib şərtdir. Biz yay aylarında çoxlu salat, meyvə-tərəvəz yeməliyik ki, orqanizmimiz qələviyə doğru dəyişsin.

Həkim Fizuli Hüseynov sağlamlığımız üçün vacib olan salatlardan bəhs edib. O, bildirir ki, çarəsi olmayan bir çox xəstəliklər bədənimizin mühiti turş mühitə doğru dəyişdiyi üçün baş verir. Hazırlanılmış salatlar zövqlə yeyilməli, yeyilməsindən ləzzət alınmalıdır.

Lent.az həmin salatlardan birinin hazırlanma qaydasını təqdim edir:

Lazım olanlar:

Burda lazım olanlar fərdi seçə və ya miqdarlarını zövqə görə dəyişə bilərsiniz. Əsas odur ki, faydalı salatımız hazır olsun. Kök, çuğundur, pomidor, xiyar, cəfəri, şüyüd. İstərsəniz az duzlu pendir vura bilərsiniz və ya başqa göyərtilər də qarışdıra bilərsiniz.

Hazırlanılması:

Göyərtilər doğranılır, pomidor, xiyar da 1 santimetrlik kubiklər formasında doğranılır, kök sürtgəcdən keçirilir. Çuğunduru sürtgəcdən keçirib 1-2 saat alma sirkəsində saxlayıb sonra salata qarışdırmaq lazımdır. Salatın üstünə 1-2 xörək qaşığı rafinə olmamış zeytun yağı qarışdırıb süfrəyə qoyulur.

Salatın yanında yarım limon olmalıdır, yeməyə başlayanda üstünə limon şirəsi sıxıb qarışdırıb yemək lazımdır. Həm faydalı, həm də çox dadlıdır.

 Nuş olsun!

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5959
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar