12:50
21 Avqust 2020

Qobustanda iki maşın toqquşdu: ölən var

Qobustan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, avqustun 20-də saat 14 radələrində Qobustan şəhəri ərazisində Bakı şəhər sakini Q.Şahverdiyev idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən Təklə kənd sakini B.Cəbrayılovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Hadisə nəticəsində Q.Şahverdiyevin sərnişini, qohumu Aytac Məmmədova hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Dİgər xəbərlər