14:57
20 Avqust 2020

İran gəmisinə hücum oldu: ölənlər var

İran Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahil qvardiyasının balıqçı gəmilərinə atəş açması ilə bağlı bəyanat yayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə ilə bağlı BƏƏ-nin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb.

Görüş zamanı BƏƏ sahil mühafizəsinin balıqçı gəmilərinə hücum pislənilib, BƏƏ-nin bu qanunsuz addıma görə məsuliyyət daşıdığı diplomatın diqqətinə çatdırılıb.

Bildirib ki, müvəqqəti işlər vəkili XİN-ə çağırıldıqdan sonra BƏƏ hökuməti İrana rəsmi məktub göndərərək dəymiş ziyanı ödəməyə hazır olduqlarını bildiriblər.

İki ölkənin sərhəd xidmətinin koordinasiyalı əməkdaşlığı ilə balıqçı gəmisi və saxlanılan balıqçılar sərbəst buraxılıb. Öldürülən balıqçıların İrana qaytarılması üçün qanuni prosedur başladılıb.

Qeyd edək ki, BƏƏ sahil mühafizəsinin açdığı atəş nəticəsində iki iranlı balıqçı ölüb. İran isə buna cavab olaraq BƏƏ-yə məxsus balıqçı gəmisini saxlayıb və balıqçıları həbs edib.

Dİgər xəbərlər