14:37
18 Avqust 2020

Rayonda narkotik alverçilərinə qarşı əməliyyat keçirildi

Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olumuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Abbas Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 9 qrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Abbas Quliyev ifadəsində narkotik vasitələri Sübhan adlı şəxsdən aldığını bildirib.

Salyan rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat tədbirlərinin davamı olaraq keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan rayonun Qaraşala kənd sakini Sübhan Ağarzayev də saxlanılıb. Onun üzərinə baxış zamanı 1 büküm narkotik vasiotə heroin və 11 qaram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi daha bir tədbir zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Xalac kəndi sakini Mənsum Əzimov tutulub. Onun yaşadığı evin yardımçı otağına baxış zamanı 4 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar olunub. Mənsum Əzimov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Dİgər xəbərlər