Bakıda zəncirvari qəza: yaralanan var  - FOTO
17 avqust 2020 10:25 (UTC +04:00)

Bakıda zəncirvari qəza: yaralanan var - FOTO

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb. "Nissan" markalı avtomobil dönmə əməliyyatı edərkən "Hyundai" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən "Hunday" qarşıda dayanan "Mercedes" markalı avtomobilə dəyib. Qəza zamanı "Hyundai"də olan qadın sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2963

Oxşar yazılar