2266
09:44
17 Avqust 2020

DİQQƏT: Bu yollarda tıxac var

Hazırda Ziya Bünyadov prospekti hər iki istiqamətində, Moskva prospekti mərkəz istiqamətində, Heydər Əliyev prospekti kənar yolda, Babək prospekti H.Əliyev prospekti istiqamətində, Binəqədi şossesi mərkəz istiqamətində, Y.Səfərov küçəsi Üzeyir Hacıbəyov küçəsi istiqaməti, Koroğlu Rəhimov küçəsi, Şah İsmayıl Xətai prospekti, Afiyəddin Cəlilov küçəsi, Qara Qarayev prospekti "Koroğlu" m/st-sı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agnetliyindən Lent.az -a verilən məlumata görə, adları çəkilən yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətini çətinləşdirir.

BNA fərdi avtomobil sürücülərindən anlayış göstərmələrini və hərəkətdə olan zaman avtobuslara güzəştlə yanaşmalarını xahiş edir.