
Azərbaycanlı sənətçilərin iştirak ilə Nigeriyada konsert olub - VİDEO
Nigeriyanın tanınmış sopranosu Ranti, istedadlı azərbaycanlı sənətçilər Vüsalə Yusif (fortepiano), Şəbnəm Şıxəliyevanın (kanon) müşayiət və solo ifaları ilə rasizm və müharibəyə qarşı #bizsülhüdəstəkləyirik şüarı altında “Musiqi körpüsü” adlı canlı konsert proqramı təqdim edilib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, konsert Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.
Təşkilatın rəhbəri Nigeriyada yaşayan soydaşımız Billurə Bayramova–Bernard konsert zamanı Azərbaycanın dahi bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Oqtay Kazımi, Nigeriya bəstəkarları və dünya bəstəkarlarının əsərlərinə müraciət edildiyini bildirib: “Əsas məqsədimiz musiqi, mədəniyyət vasitəsilə dünyaya sülh mesajı vermək və sülhün, bərabərliyin, humanizmin bəşəriyyət üçün önəmli olduğunu çatdırmaqdan ibarətdir”.
Konsert canlı olaraq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “Azeri Home Chef”in “Facebook” səhifələri üzərindən yayımlanıb.

Oxşar yazılar

Xalq artisti infarkt keçirdi, reanimasiyadadır
18 yanvar 2021 , 15:55
“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34
ICESCO-dan təklif: "Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun"
14 yanvar 2021 , 17:24
“Nizami ili” ICESCO-da da qeyd ediləcək
14 yanvar 2021 , 16:55
Donald Trampın “Evdə tək -2” filmindən çıxarılması tələb olunur
14 yanvar 2021 , 14:58
Sürgündə sevgi, şahın ölümcül qəzəbi, Qalada ölən qalalı şairin nisgili... – Şəhid ziyalı
14 yanvar 2021 , 09:00