“Qalatasaray” yeni qapıçı transfer etdi
14 avqust 2020 16:41 (UTC +04:00)

“Qalatasaray” yeni qapıçı transfer etdi

“Qalatasaray” daha bir futbolçunu heyətinə qatıb.

Apasport.az saytının məlumatına görə, “Kasımpaşa”nın qapıçısı Fatih Öztürk İstanbul nəhənginə transfer olunub.

Əsas qapıçısı Fernando Muslera zədə səbəbindən uzun müddət komandadan ayrı qalacağı üçün boş qalmış çərçivə 34 yaşlı Öztürkə əmanət edilib. Təcrübəli qolkiper yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Qalatasaray” yay fasiləsində buna qədər Arda Turan, Oğulcan Çağlayan və Əmrə Kılınçı transfer edib.

# 3286
avatar

Oxşar yazılar