Bakıda beşmərtəbəli binada yanğın oldu
14 avqust 2020 14:20 (UTC +04:00)

Bakıda beşmərtəbəli binada yanğın oldu

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının xarici divarında quraşdırılan bacada yağ qalıqları və elektrik kabeli yanıb.

Lent.az xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 5 nəfəri yanğınsöndürənlər təhlükəsiz əraziyə təxliyə edib. Binanın birinci mərtəbəsində olan dönərxana və bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

# 2128
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar