Arvadını öldürdü, meyitini doğradı - Moskvada
14 avqust 2020 12:07 (UTC +04:00)

Arvadını öldürdü, meyitini doğradı - Moskvada

Rusiya paytaxtında ər arvadını öldürdükdən sonra meyitini doğrayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsi rəisinin böyük köməkçisi Yuliya İvanova bildirib. Onun sözlərinə görə, qadının doğranmış cəsədi Moskvanın Orexovo bulvarında yerləşən mənzildə aşkarlanıb. Belə ki, qonşular kəskin qoxu hiss ediblər və polisə xəbər veriblər. Hadisə yerinə xilasedicilər və polislər gəlib. Onlar mənzilin qapısını qıraraq evə daxil olublar. Bu zaman evdə kişini və paketlərdə qadının doğranmış bədəninin hissələrini aşkarlayıblar. Məlum olub ki, onlar ər-arvad olub. Avqustun 7-10 arası tarixlərində ər və arvad arasında mübahisə yaranıb, kişi arvadını bıçaqla qətlə yetirdikdən sonra cəsədini doğrayıb.

Arvadının meyitini doğrayaraq paketlərə dolduran və evdə saxlayan Moskva sakini cinayətini etiraf edib.

# 2413
avatar

Oxşar yazılar