Məktəblər koronavirusa yeni yoluxma mərkəzi ola bilər - XƏBƏRDARLIQ
14 avqust 2020 10:49 (UTC +04:00)

Məktəblər koronavirusa yeni yoluxma mərkəzi ola bilər - XƏBƏRDARLIQ

Koronavirusun yeni yoluxma mərkəzinə çevrilə biləcək yer açıqlanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının sağlamlıq sahəsində fövqəladə hallar üzrə proqram direktoru Maykl Rayan açıqlama verib. 

“Məktəblər, tədris ilinin əvvəlində yeni yoluxma təhlükəsi ilə üzləşə bilər”, - Rayan qeyd edib. 

O əlavə edib ki, ötən il dünyadakı bütün məktəblərin 43 faizində əlləri sabunla yumaq üçün sadə bir yer də olmayıb.  Bir çox məktəbdə əsas gigiyena imkanlarının olmaması xəstəliklərə yol aça bilər.

Rayan dünya əhalisinin əksəriyyətinin hələ də həssas və koronavirusdan qorunmadığını vurğulayıb. O, izdihamlı yerlərə baş çəkməməyə və küçələrdə və qapalı yerlərdə tibbi maskalar taxmağa və sosial məsafəni qorumağa çağırıb.

 

# 6646
avatar

Oxşar yazılar