Corabların pis qoxusuna son: Yumadan əvvəl bunu püskürdün
01 sentyabr 2026 14:18 (UTC +04:00)

Corabların pis qoxusuna son: Yumadan əvvəl bunu püskürdün

0

Paltar yuyarkən ağ sirkədən istifadə etmək yuyucu vasitənin təsirini gücləndirə və xüsusilə corablarla alt paltarında yaranan xoşagəlməz qoxuların azalmasına kömək edə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, sirkənin tərkibindəki sirkə turşusu parça liflərində toplanan tər, sabun və mineral qalıqlarının təmizlənməsinə yardım edir.

Mütəxəssislərin fikrincə, corab və alt paltarı gün ərzində nəm, tər və müxtəlif mikroorqanizmlərlə daha çox təmasda olduğundan bu üsul həmin geyimlərdə xüsusilə faydalı ola bilər.

Sirkə xoşagəlməz qoxuları neytrallaşdırmağa, sabun və sərt sudan qalan mineral izlərini azaltmağa kömək edir. Eyni zamanda, bəzi mikroorqanizmlərə qarşı turş mühit yaratdığı üçün yuma prosesini tamamlayıcı təsir göstərə bilər.

Bundan başqa, sirkədən istifadə edildikdən sonra parçalar daha təravətli və nisbətən yumşaq hiss oluna bilər.

Sirkədən necə düzgün istifadə etmək olar?

Bu üsuldan istifadə etmək üçün paltarları təmiz səthə və ya birbaşa paltaryuyan maşının içinə yerləşdirmək lazımdır.

Xüsusilə tərin və qoxunun daha çox toplandığı hissələrə az miqdarda ağ sirkə püskürtmək tövsiyə olunur.

Parçanı tam islatmaq lazım deyil. Sirkə vurulduqdan sonra paltarı təxminən 10–15 dəqiqə saxlamaq, daha sonra isə adi yuyucu vasitə ilə normal yuma proqramını işə salmaq olar.

Yuma başa çatdıqdan sonra geyimlər adi qaydada – açıq havada və ya quruducuda qurudula bilər.

Mütəxəssislər bununla yanaşı bildirirlər ki, sirkə sabun, yuyucu vasitə və ya dezinfeksiyaedici məhsulun tam əvəzi hesab edilməməlidir. O, yalnız yuma prosesinə əlavə vasitə kimi istifadə olunmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar