İsti bu ölkədə 10 adamı öldürdü
13 avqust 2020 19:26 (UTC +04:00)

İsti bu ölkədə 10 adamı öldürdü

Avqustun 3-dən 9-na kimi Yaponiyada isti hava səbəbindən ən azı 10 adam ölüb, 6,6 min nəfər xəstəxanaya düşüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə xəstəxanaya yerləşdirilən 180 nəfərin vəziyyəti ağır, 2,4 min nəfərin vəziyyəti orta ağırdır.

İstidən zərər çəkənlərin yarıdan çoxunun yaşı 65-dən yuxarıdır. Onlar qənaət etmək düşüncəsi ilə evdə kondinsioner işlətməyən, yaxud bağda işləyənlərdir. 

Ötən həftə bu il Yaponiyada ən isti dövr olub. Bəzi rayonlarda havanın temperaturu 38 dərəcədən yuxarı olub. Qumma mərkəzi prefekturasında isə avqusrun 11-də 40,1 dərəcə isti qeydə alınıb. 

Ötən il Yaponiyada istidən 126 nəfər ölüb.

# 2500
avatar

Oxşar yazılar