80-ə yaxın evdən oğurluq edənlər saxlanıldılar
11 avqust 2020 11:02 (UTC +04:00)

80-ə yaxın evdən oğurluq edənlər saxlanıldılar

Abşeron rayonunun Qobu və ətraf qəsəbələrində ayrı-ayrı vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb. 

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindn verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, 28 May qəsəbəsində yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar.

Onlar ifadələrində təkcə Abşeron rayonunun kənd və qəsəbəbələrində 60-a yaxın evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər. Elçin Əhmədov və Yusif Əsgərovun “fəaliyyəti” bununla da yekunlaşmayıb. Onlar paytaxtın Qaradağ, Binəqədi və Suraxanı rayonlarında da 20-yə yaxın evdən oğurluq etdiklərini etiraf ediblər.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

# 1369
avatar

Oxşar yazılar