
Balakənin "Bazar" adlanan ərazisində bazar açanlar cərimələndi

Balakən rayon Polis Şöbəsinin əməkdaşları antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhərin “bazar” adlanan ərazisində keçirilən reyd zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, pərakəndə ticarətlə məşğul olan satıcılara rast gəlinib. Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb, yoluxucu virusun geniş vüsət aldığı bir zamanda qida məhsullarının antisanitar şəraitdə ticarətinin aparılmasının düzgün olmadı onlara izah edilib.
Qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Lamiyə Məmmədova
Oxşar yazılar

İki yaşlı körpənin üstünə qaynar su dağıldı
17 yanvar 2021 , 21:12
FHN Hirkan Milli Parkındakı yanğınla bağlı MƏLUMAT YAYDI-VİDEO
17 yanvar 2021 , 17:56
Azərbaycanda DƏHŞƏT: ər arvadını oteldə...
17 yanvar 2021 , 10:02
Azyaşlı qız dəm qazından boğuldu
16 yanvar 2021 , 21:39
“Mercedes” “VAZ”la toqquşdu: ölən var
16 yanvar 2021 , 19:11
Hirkan Milli Parkında yanğın bir istiqamətdə söndürülüb - VİDEO
16 yanvar 2021 , 18:08
Qanunsuz sərnişin daşıyan sürücü HƏBS OLUNDU
16 yanvar 2021 , 17:44
40 yaşlı qadın su kanalında batdl
16 yanvar 2021 , 14:42