
Klublarımızın Avropa Liqasında rəqibləri müəyyənləşdi

Avropa Liqasında mübarizə aparacaq Azərbaycan klublarının I təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinə qatılacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” yeni mövsümdəki ilk rəqibi bəlli olub.
Bu, İsveçrənin Nyon şəhərindəki püşkatmada gerçəkləşib.
Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Neftçi” Şimali Makedoniyanın "Şkupi” klubu ilə üz-üzə gələcək. Təmsilçimiz bir oyundan ibarət mərhələnin görüşünü Bakıda keçirəcək.
Çempionatın bürünc mükafatçısı “Keşlə”yə Albaniyanın "Laçi” klubu rəqib olub. Bakılılar qarşılaşmaya paytaxtda çıxacaq.
Avrokubokların debütantı “Sumqayıt”ın bəxtinə Şimali Makedoniyanın "Şkendiya" klubu düşüb. “Gənclik şəhəri” təmsilçisi debüt matçını evdə keçirəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 27-də keçiriləcək.

Oxşar yazılar

Bundesliqada 6 oyundan 5-i heç-heçə bitdi
17 yanvar 2021 , 02:06
Baş məşqçi millimizin futbolçusu haqqında nələr dedi... - "Gedişinə icazə verdik"
16 yanvar 2021 , 10:01
Ueyn Runi karyerasını başa vurdu
15 yanvar 2021 , 19:01
Azərbaycan kubokunda mövsümün ilk oyun cədvəli
15 yanvar 2021 , 16:15
89-cu dəqiqədə oyuna girib iki qol vurdu - VİDEO
15 yanvar 2021 , 15:42
Poçettinonun PSJ-dəki maaşı AÇIQLANDI
15 yanvar 2021 , 12:01
“Barselona” 23 ildən sonra PENALTİ SERİYASINDA
14 yanvar 2021 , 16:33
Premyer Liqasının oyunu təxirə salındı
14 yanvar 2021 , 16:05