Maqnat Cimmi Laya həbs edildi
10 avqust 2020 08:16 (UTC +04:00)

Maqnat Cimmi Laya həbs edildi

Bu gün Honqkonq polisi müxalif media mənsubu – maqnat Cimmi Layanı həbs edib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat dərc edib. 

Bildirilib ki, o, yeni milli təhlükəsizlik qanununu pozmaqda və xarici qüvvələrlə sıx əlaqə saxlamaqda şübhəli bilinir.

İlkin məlumata görə, maqnat səhər saatlarında Koulun yarımadasındakı malikanəsində təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Cimmi Laya (Li Jiying) "Pingo Ribao" qəzetinin sahibidir. O, Honqkonqda keçən il hökumət əleyhinə nümayişlərin əsas təşkilatçılarından biri hesab olunur. Maqnatın ABŞ siyasi elitası ilə sıx əlaqə saxladığı vurğulanır. 

Onunla bərabər şübhə şəxs qismində daha 7 nəfər həbs edilib.

# 1690
avatar

Oxşar yazılar