
Dünya Güləş Birliyi Avropa çempionatlarını ləğv etdi

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin virtual iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, iclasda ilin sonunadək keçirilməsi nəzərdə tutulan bəzi yarışlarla bağlı qərarlar qəbul edilib.
COVİD-19 pandemiyasının davam etməsi səbəbindən İK səsvermə yolu ilə sentyabr-oktyabr aylarında keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin, o cümlədən yeniyetmələr və gənclər arasında Avropa çempionatlarının ləğv edilməsini qərara alıb.
Ötən ay açıqlanan təqvimə əsasən, oktyabrın 5-dən 11-dək Polşada yeniyetmələrin, həmin ayın 19-dan 25-dək isə Şimali Makedoniyada gənclərin Avropa çempionatının keçirilməsi nəzərdə tutulmuşdu.
UWW-nin prezidenti Nenad Laloviç qəbul edilmiş bu qərarları belə şərh edib: "Biz dünya miqyasında pandemiya ilə bağlı görülən tədbirləri izləməyə davam edəcəyik. İdmançılarımızın təhlükəsizliyinə və sağlamlığına qayğı göstərmək üçün məsuliyyət daşıyırıq. Uğurla rəqabət apara biləcəyimiz zamanda yenidən güləşməyə davam edəcəyik".
Qeyd edək ki, İK gələn ay növbəti iclasını keçirəcək və bu ilin yarış təqvimini bir daha müzakirə edəcək.

Oxşar yazılar

“Fənərbaxça” Məsut Özili təqdim etdi
27 yanvar 2021 , 16:07
Gənc futbolçu öldürüldü
27 yanvar 2021 , 12:04
Tanınmış baş məşqçi vəfat etdi
27 yanvar 2021 , 10:34
“Çelsi” Babasız qaldı
27 yanvar 2021 , 09:03
Mourinyo: "Di Mariya gəlsin"
26 yanvar 2021 , 18:50
Ən çox qazanan klubların SİYAHISI
26 yanvar 2021 , 13:17
Basketbolçu müəmmalı şəkildə öldü
26 yanvar 2021 , 10:15
Dzeko premyer Liqa klubuna “yox” dedi
26 yanvar 2021 , 09:26