Qaçırdığı maşında tutuldu
08 avqust 2020 10:15 (UTC +04:00)

Qaçırdığı maşında tutuldu

Quba rayon sakini Sərxan Məmmədov Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.

DİN mətbuat xidmətinin  Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qısa müddət ərzdə qaçırdığı  nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib. 

Faktla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi başlanılıb. F.Şıxalıyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır. 

 

# 1318
avatar

Oxşar yazılar