“Mançester Siti” və “Lion” 1/4 finala yüksəldi
08 avqust 2020 05:14 (UTC +04:00)

“Mançester Siti” və “Lion” 1/4 finala yüksəldi

empionlar Liqasının 2019/20 mövsümü bərpa olunub.

Apasport.az saytının məlumatına görə, 5 aylıq fasilədən qitənin ən nüfuzlu klub turnirində 1/8 finalın baş tutmayan cavab oyunları start götürüb.

İngiltərədə “Mançester Siti” İspaniya çempionu “Real”ı qəbul edib. Madriddə qələbə qazanan Premyer Liqa təmsilçisi evdə də rəqibindən üstün olub. Rəqib müdafiəçilərin kobud səhvlərindən yararlanan “şəhərlilər” 1/4 finala yüksəlib.

Günün digər matçı Turində keçirilib. “Yuventus” öz meydanında “Lion”u sınağa çəkib. Fransada minimal hesabla uduzan İtaliya çempionu evdə erkən qola üzülüb. Kriştiano Ronaldo iki qol vuraraq komandasına əzmkar qələbə qazandırsa da, bu, mərhələ keçmək üçün yetərli olmayıb. “Lion” səfər qolu sayəsində “Yuventus”u mübarizədən kənarlaşdırıb.

Bu oyunlardan sonra Portuqaliyada təşkil olunacaq 1/4 finalın daha bir cütü müəyyənləşib. “Mançester Siti” və “Lion” avqustun 15-dəki matçda üz-üzə gələcək. Avqustun 12-də “Atalanta” (İtaliya) - PSJ (Fransa), ertəsi gün “Leypsiq” (Almaniya) - “Atletiko” (İspaniya) cütlərinin üz-üzə gələcəyi öncədən bəlli idi. Sonuncu cüt isə avqustun 8-dəki matçlardan sonra bəlli olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsi avqustun 8-dəki iki matçla yekunlaşacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
7 avqust

23:00. “Yuventus” (İtaliya) – “Lion” (Fransa) - 2:1
Qol: 
Ronaldo, 43 (pen.), 60 - Depay, 10 (pen.)
Baş hakim: Feliks Zvayer (Almaniya)
Turin. “Yuventus” stadionu
İlk oyun – 0:1

23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) - 2:1
Qol: 
Sterlinq, 9, 69 - Benzema, 28
Baş hakim: Feliks Brix (Almaniya)
Mançester. Şəhər stadionu
İlk oyun – 2:1

# 2932
avatar

Oxşar yazılar