Su anbarında 2 nəfər qayıqda köməksiz vəziyyətdə qaldı
07 avqust 2020 10:36 (UTC +04:00)

Su anbarında 2 nəfər qayıqda köməksiz vəziyyətdə qaldı

Şəmkirçay su anbarında 2 nəfər qayıqda köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində Şəmkirçay su anbarında 2 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 1585
avatar

Oxşar yazılar