Bakıda daha bir restoran karantini pozdu
06 avqust 2020 18:25 (UTC +04:00)

Bakıda daha bir restoran karantini pozdu

Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polislər əməkdaşları  həmin obyektə baxış keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bu haqda məlumat daxil olan kimi Səbail rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları restoran yollanıb.  Baxış zamanı restoranda 8 nəfər müştərinin olduğu aşkarlanıb. Müştəri qismində əyləşən şəxsləri polis əməkdaşları saxlayaraq 9-cu Polis Bölməsinə aparıblar. 

Restoranın sahibi və müştərilər barəsində toplanılan materiallara hüquqi qiymət verilməsi üçün  məhkəməyə göndərilib və onların gər biri inzibati qaydada cərimə ediliblər. Həmin şəxslərə karantin dövründə növbəti dəfə qayda pozuntusuna yol verəcəkləri təqdirdə inzibati qaydada həbs ediləcəkləri barədə xəbərdarlıq edilib.

# 2446
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar