ABŞ səfirliyi  viza xidmətlərini bərpa etdi
06 avqust 2020 17:21 (UTC +04:00)

ABŞ səfirliyi viza xidmətlərini bərpa etdi

“Bu yaxınlarda ABŞ səfirliyi və konsulluqları gündəlik viza xidmətlərini mərhələli şəkildə bərpa etməyə başlayıb”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

“Tələbə vizalarına böyük üstünlük verilir. Həm işçilərimizin, həm də müştərilərimizin sağlamlığını qorumaq şərtilə tələbə vizası üçün müraciət edənlərə vaxtında kömək etmək üçün hər cür səy göstərəcəyik. Viza prosesinin bərpasına dair vaxtında məlumat almaq üçün bizim “Facebook” səhifəmizi izləyin”, - deyə məlumatda qeyd olunub.

 

# 2821
avatar

Oxşar yazılar