Döyüb 70 min manatlıq qızılını əlindən aldılar
06 avqust 2020 12:31 (UTC +04:00)

Döyüb 70 min manatlıq qızılını əlindən aldılar

Lənkəran rayon Polis Şöbəsinə avqustun 1-də saat 7 radələrində “VAZ-2106” markalı avtomobildə gəlmiş 2 nəfərin şəhər sakini T.Fətullazadəni döyüb içərisində 60000-70000 manat dəyərində qızıl-zinət əşyaları olan çantasını almaları barədə müraciət daxil olub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları müvafiq tədbirlər həyata keçirib.   

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - İ.Məmmədli və Z.Hüseynzadə saxlanılıblar.    

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.  

Faktla əlaqədar cinayət işi başlanıb.

# 1615
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar