3853
10:48
05 Avqust 2020

Koronavirus psixi sağlamlığa da zərər vurur

İtaliyada aparılan araşdırmaya görə, koronavirusa yoluxan və sonradan sağalan insanların stress pozğunluğu, depressiya və narahatlıq kimi psixi xəstəlikləri var. Bundan əlavə, virusa yoluxmaq utanc hissini artırır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın Milan şəhərindəki San Raffaele xəstəxanasında çalışan həkimlər, xəstəxanada olduqdan sonra koronavirusla müalicə olunan 402 xəstəni təqib ediblər. 265-i kişi, 137-si qadın olan bu xəstələr evə getdikdən bir ay sonra yenidən müayinə edilib. Müayinə olunanların yarısından çoxunda ən azı bir psixi pozğunluq müşahidə edilib. Xəstələrin 28 faizində travma sonrası stress pozğunluğu halları, 31 faizində depressiya, 42 faizində narahatlıq, 40 faizində yuxusuzluq, 20 faizində obsesif kompulsif pozğunluq aşkar edilib. Xəstələrdə bu zehni vəziyyət immunitet sisteminin fəaliyyətindəki fərqlərə aid edilib.

Tədqiqat zamanı ortaya çıxan digər bir nəticə xəstəxanaya yerləşdirilməklə müalicə olunan koronavirusu infeksiyası hallarında müşahidə edilən psixiatrik təsirlərin, xəstəxanaya yerləşdirilmədən evdə müalicə olunan xəstələrə nisbətən daha yumşaq olmasıdır.

Bundan əlavə, virusun səbəb olduğu sosial təcrid, başqalarına yoluxma qorxusu və 'korona' damğası xəstələrdə utanc hissini oyandıra və həddindən artıq stresə sala bilər.

Dİgər xəbərlər