Daha bir avtomobil yolu AAYDA-nın balansına verildi
04 avqust 2020 21:43 (UTC +04:00)

Daha bir avtomobil yolu AAYDA-nın balansına verildi

 

İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu İsmayıllı Rayon İcra Hakimiyyətinin balansından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib.

APA-nın məlumatın görə, bu, Nazirlər Kabinetinin "İsmayıllı RİH-in balansında olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilməsi barədə" qərarında əksini tapıb. 

Həmçinin "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda da dəyişiklik edilib. 

Uzunluğu 29 km olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolu bu siyahıya əlavə edilib.

# 2929
avatar

Oxşar yazılar