Çinin aparıcı həkimləri Bakıya gəldi
04 avqust 2020 19:22 (UTC +04:00)

Çinin aparıcı həkimləri Bakıya gəldi

0

Bu gün Azərbaycanın milli aviadaşıyıcısı mühüm uçuş icra edərək ölkədə koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yük çatdırıb.  

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 10 nəfər tərkibdə aparıcı Çinli mütəxəssislərdən ibarət qrup AZAL-ın  xüsusi reysi ilə Bakıya gəlib. Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq.

AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb.

Reys Nazirlər Kabineti yanında  Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3098

Oxşar yazılar