
Rusiya koronavirus peyvəndi istehsalında bu qaydalara əməl etməlidir - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanı COVID-19 peyvəndi ilə bağlı ehtiyatlı olmağa çağırıb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün sözçüsü Kristian Lindmeyer bildirib.
ÜST rəsmisi deyib ki, Rusiya COVID-19 əleyhinə peyvənd istehsal edərkən beynəlxalq qaydalara əməl etməlidir.
"Bəzən tədqiqatçılar fərdi şəkildə nəsə tapdıqlarını iddia edirlər hansı ki bu özlüyündə böyük xəbərdir lakin peyvənd tapmaq və ya peyvəndin effektiv ola biləcəyinə dair hər hansı bir ip ucu tapmaq və bütün bu mərhələlərdən keçmək arasında böyük fərq var", - deyə ÜST sözçüsü qeyd edib.
Xatırladaq ki, ötən həftə Rusiya hökuməti payızda kütləvi peyvənd vurulmasına hazırlaşdığını bəyan edib.
Qeyd edək ki, Rusiya peyvəndi üç kliniki sınaq mərhələsinə keçmiş ÜST-ün təsdiqlədiyi altı peyvənd siyahısına daxil deyil.

Oxşar yazılar

Ərdoğan: “Dilimiz fransız və ingilis mənşəli ifadələrlə doludur”
21 yanvar 2021 , 06:22
Çindən yüksək çinli 28 ABŞ vətəndaşına SANKSİYA
21 yanvar 2021 , 03:53
Bayden and içdi: ABŞ tarixində TAM FƏRQLİ MƏRASİM - FOTO - YENİLƏNİB
20 yanvar 2021 , 21:54
Tramp və xanımı Ağ Evi tərk etdi
20 yanvar 2021 , 19:00
Ana doğuşdan sonra körpəsini öldürdü-FOTO
20 yanvar 2021 , 16:44
Bayden imzalayacağı ilk qərarları açıqladı: ŞOK MƏQAMLAR
20 yanvar 2021 , 16:22
Uyğur soyqırımından dəhşətli faktlar: Sanksiyalar gözlənilir
20 yanvar 2021 , 14:01
Putin buzlu suya girib ayin icra etdi -VİDEO
20 yanvar 2021 , 13:40